BƏLƏDÇİLƏR · 5
E-poçtu Telefonda/Outlook-da Necə Qurmaq
E-poçt hesabınızı yaratdıqdan sonra onu telefon və ya kompüter poçt proqramına qoşa bilərsiniz — bu, hər dəfə brauzer açmadan məktublarınızı izləməyə imkan verir.
Server tənzimləmələri (bütün proqramlar üçün eyni)
| Parametr | Dəyər |
|---|---|
| Incoming server (IMAP) | zeno.istihost.net |
| IMAP port | 993 (SSL) |
| Outgoing server (SMTP) | zeno.istihost.net |
| SMTP port | 465 (SSL) |
| Username | Tam e-poçt ünvanı (info@saytiniz.az) |
| Password | E-poçt hesabı yaradılarkən təyin etdiyiniz parol |
Bu məlumatlar hər yeni e-poçt hesabı yaradıldıqda avtomatik olaraq həmin qutuya "Client configuration settings" başlıqlı məktubla göndərilir — dəqiq dəyərləri hər zaman oradan təsdiqləyə bilərsiniz.
Addımlar (mobil, ümumi axın)
1
Hesab əlavə edin
Telefonun Mail tətbiqində Add Account → Other/IMAP seçin.
2
Server məlumatlarını daxil edin
Yuxarıdakı cədvəldəki məlumatları uyğun sahələrə daxil edin.
3
Yadda saxlayın
Proqram avtomatik test edib qoşulacaq.
Addımlar (Outlook, ümumi axın)
1
Hesab əlavə edin
File → Add Account seçin, e-poçt ünvanınızı daxil edin.
2
Əl ilə qurun (lazım olarsa)
Outlook avtomatik ayarları tapmasa, Advanced options → Let me set up my account manually seçib yuxarıdakı cədvəldəki dəyərləri əl ilə daxil edin.
Diqqət
zeno.istihost.net işləməzsə, dəqiq server adını mail hesabınızla birlikdə gələn "Client configuration settings" məktubundan yoxlayın.
Tənzimləmələrdə çaşqınlıq yaranarsa, bizimlə əlaqə saxlayın — ekranınızı paylaşın, birlikdə həll edək.
Davamı
Əlaqəli bələdçilər
Tənzimləmələrdə çaşqınlıq yarandı?
Bizimlə Əlaqə →
Ekranınızı paylaşın, birlikdə həll edək.
