İstihost
Əlaqə Saxla
DİQQƏTLİ, ADDIM-ADDIM PROSES

Saytınızı və E-poçtlarınızı Daşıyaq

Başqa hostinq şirkətindən narazısınızsa, amma "daşıma" sözü sizə baş ağrısı kimi gəlirsə — narahat olmayın. Bu prosesi yüzlərlə dəfə etmişik, və adi hallarda heç bir əlavə ödəniş tələb olunmur.

Qiymət necə müəyyən olunur?

Adi bir sayt (vizit kartı, kiçik WordPress, standart e-poçt hesabları) üçün daşıma adətən əlavə ödənişsizdir — yeni planınızın qiymətinə daxildir. Yalnız həcm və ya mürəkkəblik baxımından ağır layihələrdə (çox böyük verilənlər bazası, xüsusi server konfiqurasiyası, yüzlərlə e-poçt hesabı və s.) ayrıca qiymətləndirmə aparılır — bunu əvvəlcədən sizinlə müzakirə edirik, sürpriz hesab olmur.

Doğru edildikdə, sürpriz olmur

Çoxları daşımadan qaçır, çünki bunun saytın "düşməsi", e-poçtların itməsi və ya günlərlə fəaliyyətsizlik demək olduğunu düşünür. Düzgün edildikdə, bunların heç biri baş vermir.

Addım-addım proses

01

Bizimlə əlaqə saxlayın

Hazırkı hostinq məlumatlarınızı (giriş detalları, ya da sadəcə domeninizin adı) bizə göndərin.

02

Biz hər şeyi analiz edirik

Saytınızı, verilənlər bazasını, e-poçt hesablarınızı və DNS tənzimləmələrini araşdırırıq. Vaxt və qiymətləndirmə barədə bildiririk.

03

Daşıma aparılır — köhnə sayt işləyərkən

Saytınızın tam kopyası bizim serverlərə yüklənir və test edilir. Köhnə saytınız hələ də normal işləyir.

04

Test və yoxlama

Yeni serverdə saytın, e-poçtların və bazanın düzgün işlədiyini birlikdə yoxlayırıq.

05

Keçid (DNS dəyişikliyi)

Hər şey hazır olduqda, domeninizi yeni serverə yönəldirik. Bu adətən bir neçə saat ərzində qlobal aktivləşir, e-poçtlarınız fasiləsiz işləyir.

06

Köhnə hostinqi ləğv edin

Keçid başa çatdıqdan sonra köhnə hostinq hesabınızı ləğv edə bilərsiniz — biz bunun üçün də bələdçilik edirik.

Tam paket

Sayt Faylları

HTML, WordPress, PHP tətbiqləri və s.

Verilənlər Bazaları

MySQL bazaları, tam strukturu ilə.

E-poçt Hesabları

Mövcud e-poçtlar və qovluq strukturu daxil olmaqla.

DNS Tənzimləmələri

SPF, DKIM, DMARC daxil olmaqla.

SSL Sertifikatları

Yenisi pulsuz qurulur.

Nə qədər vaxt aparır?

Adi bir sayt üçün (vizit kartı saytı, kiçik WordPress) — 1-2 gün. Daha böyük e-ticarət saytları və çoxlu e-poçt hesabı olan layihələr üçün 3-5 gün. Dəqiq vaxt analiz mərhələsindən sonra sizə bildirilir.

Daşıma haqqında suallar

Daşıma zamanı saytım bağlanacaqmı? + −
Xeyr. Bütün daşıma köhnə hostinq işləyərkən aparılır. Sayt yalnız yeni serverdə yoxlanıldıqdan sonra DNS dəyişdirilir, keçid anında ziyarətçilər ya köhnə, ya yeni serverə düşür — ikisi də işlək vəziyyətdədir.
Keçid zamanı gələn e-poçtlar itə bilərmi? + −
Xeyr. Mailbox-lar əvvəlcədən bütün qovluqları ilə köçürülür, DNS dəyişdikdən sonra isə köhnə serverdə qalan son məktubları bir daha sinxronlaşdırırıq. Beləliklə keçid saatlarında gələn məktublar da yeni qutuya düşür.
Hansı hostinqlərdən daşıyırsınız? + −
cPanel istifadə edən istənilən hostinqdən hesab tam şəkildə (fayllar, bazalar, e-poçt) köçürülür. cPanel-siz hostinqlərdən, eləcə də Yandex, Google Workspace, Microsoft 365 və Namecheap Private Email kimi e-poçt xidmətlərindən də daşıyırıq — sadəcə bir az əl işi tələb olunur.
Məndən hansı məlumatlar lazımdır? + −
Adətən üç şey: köhnə hostinq panelinə giriş (və ya tam yedək faylı), domeninizin qeydiyyatda olduğu yerə giriş — ad serverlərini dəyişmək üçün — və e-poçt istifadə edirsinizsə, mailbox-ların siyahısı. Nəyin harada olduğunu bilmirsinizsə, sadəcə domen adını göndərin — qalanını analiz mərhələsində özümüz müəyyən edirik.
Domenim başqa şirkətdə qeydiyyatdadır. Onu da köçürmək lazımdır? + −
Xeyr. Domen olduğu qeydiyyatçıda qala bilər — yalnız ad serverləri (NS) bizə yönəldilir. Ad serverlərini necə dəyişmək olar →
Cloudflare istifadə edirəm. Bu problem yaradır? + −
Xeyr. Cloudflare qalır — yalnız DNS qeydlərini (A və MX) yeni serverə yönəldirik. Cloudflare hesabını siz və ya IT işçiniz idarə edirsə, dəqiq hansı qeydlərin dəyişəcəyini əvvəlcədən yazılı göndəririk.

Hazırsınız?

Bizimlə Əlaqə →

Domeninizin adını göndərin, qalanını biz hallederik.