20+ il təcrübə, real insan dəstəyi, və hər xidməti ən yaxşı mümkün versiyada təqdim etmə fəlsəfəsi.
İstihost, Azərbaycanda fəaliyyət göstərən ən köhnə veb hosting şirkətlərindən biridir. 2004-cü ildə başlayan bu yol boyunca, internetin Azərbaycanda necə inkişaf etdiyini öz gözlərimizlə gördük — sadə statik səhifələrdən, mürəkkəb e-ticarət platformalarına qədər.
Bu illər ərzində bir şey dəyişməz qaldı: müştərinin saytı işləməlidir, və problem olduqda kiminləsə danışa bilməlidir.
Sürətli böyümək, hər şeyi bir anda təklif etmək — bizim yolumuz deyil. Əvəzində, hər xidməti — ən yaxşı mümkün versiyada təqdim etməyə çalışırıq. Yeni xidmət əlavə etməzdən əvvəl, mövcud xidmətlərin etibarlı işləməsinə əmin oluruq.
Bu, niyə bizim qiymət siyahımız bəzi rəqiblərimizdən qısa görünə bilər — amma təklif etdiyimiz hər şey real, sınanmış və dəstəklənəndir.
Serverlərimiz Avropa məlumat mərkəzlərində yerləşir, müasir SSD disklər, davamlı monitorinq sistemləri və mütəmadi yedəkləmə proseduru ilə işləyir.
Sayt və e-poçt xidmətləriniz cPanel/WHM idarəetmə paneli üzərindən işləyir — sənaye standartı, milyonlarla sayt tərəfindən istifadə olunan, sınanmış platforma.
Təhlükəsizlik üçün firewall sistemləri, brute-force hücumlara qarşı qoruma, və mütəmadi proqram yenilənmələri tətbiq olunur.
Bütün hosting hesablarımıza pulsuz SSL sertifikatı (Let's Encrypt) standart olaraq daxildir — əlavə ödəniş yoxdur, avtomatik quraşdırılır və avtomatik yenilənir. Demək olar ki, bütün saytlar üçün bu tamamilə kifayət edir.
Bank, ödəniş sistemi olan platformalar və ya hüquqi mövcudluğunu sertifikatda göstərmək istəyən bizneslər üçün EV/OV sertifikatlar, çoxlu subdomeni olan layihələr üçün isə Wildcard SSL mövcuddur — bunlar əlavə doğrulama tələb etdiyi üçün fərdi qiymətləndirilir. Bütün SSL seçimlərinə baxın →
Bizdə hostinq olunan bütün domenlər üçün SPF, DKIM və DMARC konfiqurasiyası standart olaraq mövcuddur — bunlar göndərdiyiniz e-poçtların qarşı tərəfin spam qutusuna düşməməsi üçün əsas texniki tələblərdir.
Hazırda gələn spam filtrasiyasını daha da gücləndirmək üçün yeni nəsil Rspamd sistemi hazırlanma mərhələsindədir və tezliklə tam istifadəyə veriləcək — məqsəd həm gələn spamın daha dəqiq süzülməsi, həm də göndərdiyiniz e-poçtların çatdırılma keyfiyyətinin daha da yaxşılaşdırılmasıdır.
İstihost — şəxsi yanaşmanı qiymətləndirən kiçik komanda tərəfindən idarə olunur. Sualınız olduqda, "ticket sistemi"ndə günlərlə gözləmək əvəzinə, real təcrübəli adamla danışırsınız.
Bu sahədə nə işlədiyini, nəyin işləmədiyini bilirik.
Azərbaycan dilində, sürətli cavab.
Qiymətlərimiz aydındır, gizli ödənişlər yoxdur.
20 ildir bazardayıq, çünki müştərilərimiz bizimlə qalır.
Ehtiyacınıza uyğun həlli birlikdə tapaq.