Backup Statusu
Məlumatlarınızın neçə nüsxəsi var, harada saxlanılır, nə qədər qorunur və necə yoxlanılır — hamısı bir səhifədə, açıq şəkildə.
Bütün qatlar işləkdir
3-2-1-1-0 nədir?
Klassik "3-2-1" qaydası fidyə proqramları (ransomware) dövründə yetərli deyil: hücumçu serverə daxil olanda adətən onunla bağlı bütün onlayn nüsxələri də silir. Buna görə müasir standarta iki şərt əlavə olunub — ən azı bir nüsxə offline və ya dəyişməz olmalı, və hər nüsxə yoxlanılmalıdır.
Ən azı 3 nüsxə
2 fərqli daşıyıcı
1 nüsxə kənarda
1 nüsxə offline / dəyişməz
0 xəta
Nüsxələr hara gedir?
Canlı serverdə Bakıdakı nüsxələrə çatan heç bir açar və ya parol yoxdur. Server ələ keçirilsə belə, oradan bu nüsxələri silmək, dəyişmək və ya hətta görmək mümkün deyil.
Nə qədər geriyə gedə bilərik?
| Yer | Rol | Gündəlik | Həftəlik | Aylıq | Qeyd |
|---|---|---|---|---|---|
| Canlı server | Ən sürətli bərpa | 4 | 2 | 2 | Server sıradan çıxsa itir — buna görə tək başına kifayət deyil |
| İkinci server (eyni DC) | Sürətli həftəlik bərpa | — | 2 | — | Fəlakət bərpası sayılmır |
| Provayder A | Əsas fəlakət bərpası | 14 | 8 | 12 | + 20 günlük dəyişməz snapshot |
| Provayder B | İkinci onlayn nüsxə | 7 | 2 | 1 | Fərqli provayder |
| Bakı — gündəlik | Yerli, şifrəli | 7 | 4 | — | ~5 həftə geriyə |
| Bakı — air-gapped | Son müdafiə xətti | — | 4 | 2 | ~3 ay geriyə, şəbəkədən təcrid |
Həftəlik nüsxə bazar ertəsi, aylıq nüsxə ayın 1-i alınır. Aylıq arxiv 2026-cı ilin sentyabrından toplanır və 12 aya çatana qədər hər ay bir nöqtə artır.
Çox sayda və böyük həcmli poçt qutusu olan hesablarda hər qutu ayrıca yedəklənir: yalnız dəyişən qutular göndərilir, tək bir qutu bütün hesabı geri qaytarmadan bərpa edilə bilər. Aktiv istifadə olunan qutular üçün gündəlik, həftəlik və iki həftəlik nöqtələr; istifadə olunmayan qutular üçün isə son iki dəyişmiş versiya saxlanılır — heç bir qutu tək, üzərinə yazılan nüsxəyə etibar edilmir.
Air-gapped nüsxə və dəyişməz snapshot-lar
Air-gapped disk
Şəbəkəyə qoşulu olmayan şifrəli disk. Qoşulu olmayan diskə nə fidyə proqramı, nə də serverə daxil olmuş təcavüzkar çata bilər.
Dəyişməz snapshot-lar
Provayder A tərəfində gündəlik snapshot-lar yazma kanalından tam təcrid olunub. Serverin öz yedəkləmə girişi onları nə görə, nə silə bilər.
3 ay geriyə
Hücumçular çox vaxt şifrələmədən həftələr əvvəl sistemdə gizli qalır. Buna görə air-gapped nüsxədə hücumdan əvvəlki "təmiz" vəziyyətə qayıtmaq üçün ~3 aylıq nöqtələr saxlanılır.
"0 xəta" necə təmin olunur?
Hər köçürmədən sonra tamlıq yoxlaması
Hər nüsxə mənbə ilə fayl-fayl müqayisə olunur. Yoxlamadan keçməyən nüsxə bərpa nöqtəsi kimi qeydə alınmır.
Anında bildiriş
Hər iş — uğurlu və ya uğursuz — bitən kimi inzibatçıya dərhal bildiriş gedir. Səssizcə dayanan yedəkləmə olmur.
Şifrələmə
Bütün köçürmələr şifrəli kanalla aparılır. Bakıdakı nüsxələr tam disk şifrələməsi ilə qorunur; disk evdən çıxarılsa belə oxunmazdır.
Ayrı-ayrı açarlar
Hər istiqamətin öz girişi var. Bakının istifadə etdiyi giriş yalnız oxuya bilir — heç nəyi silə və ya dəyişə bilməz.
Server kimliyinin yoxlanması
Nüsxə anbarlarının kriptoqrafik kimliyi sabitlənib. Saxta server qarşısına çıxarsa, köçürmə başlamadan dayanır.
Disk sağlamlığının izlənməsi
Bakıdakı disklər mütəmadi SMART testlərindən keçir; ilk əlamətlərdə disk dəyişdirilir.
Nəyi geri qaytara bilərik?
Bizimlə əlaqə saxlayın — hansı tarixə və nəyin bərpa olunmasını istədiyinizi bildirin. support@istihost.net · +994 50 205 02 08
Yedəkləmə haqqında
Yedəkləmə hosting planıma daxildirmi? +−
Saytımı və ya e-poçtumu necə bərpa etdirə bilərəm? +−
Air-gapped nüsxə nədir? +−
Niyə nüsxələrin bir hissəsi Bakıda saxlanılır? +−
Məlumatlarınız etibarlı əllərdə.
Yedəkləmə ilə bağlı istənilən sualınızı cavablandıraq.
