BƏLƏDÇİLƏR · 08
Yedəkdən Necə Bərpa Etmək
Hesabınız avtomatik olaraq mütəmadi yedəklənir. Lazım olduqda, faylları, verilənlər bazasını və ya e-poçtu əvvəlki vəziyyətə qaytara bilərsiniz.
Əvvəlcə bunu bilin
Hesabınız bizim tərəfimizdən avtomatik olaraq gündəlik/həftəlik/iki həftəlik saxlanılan yedəklərlə qorunur. Böyük və ya həssas bərpalar üçün (məsələn tam hesab bərpası) özünüz etməkdənsə, birbaşa bizimlə əlaqə saxlamanız daha sürətli və təhlükəsizdir.
Özünüz Kiçik Bərpa Etmək İstəyirsinizsə
1
cPanel-ə daxil olun
"Files" bölməsində Backup və ya Backup Wizard ikonasını tapın.
2
Bərpa növünü seçin
Tam hesab, yalnız fayllar (Home Directory), yalnız verilənlər bazası (MySQL), yoxsa yalnız e-poçt qaytarılacağını seçin.
3
Yedək faylını yükləyin
Əvvəlcədən endirdiyiniz yedək faylını (.tar.gz və ya .sql) seçib "Upload" edin.
4
Gözləyin
Fayl ölçüsündən asılı olaraq bərpa bir neçə dəqiqə çəkə bilər — səhifəni bağlamayın.
Diqqət
Tam hesab bərpası mövcud faylların/verilənlər bazasının üzərinə yazılır — geri qaytarıla bilməz. Əmin deyilsinizsə, əvvəlcə bizimlə yoxlayın.
Hansı tarixə bərpa etmək istədiyinizi bilmirsinizsə, bizə yazın — mövcud yedək tarixlərini sizə göstərək.
Bərpa ilə bağlı köməyə ehtiyacınız var?
Bizimlə Əlaqə →
Mövcud yedəkləri sizin üçün yoxlayaq.
