VPS Hosting
Sizə ayrılmış, başqa heç kəslə paylaşılmayan server resursları. Veb hostinqin bir pilləsi yuxarısı, tam fərdi server icarəsindən bir pillə aşağı — ikisinin arasında ən praktiki seçim.
VPS nə vaxt lazımdır?
Performans Artımı
Saytınız veb hostinqdə "yavaşlamağa" başlayıb, daha çox CPU/RAM lazımdır.
Çoxlu Layihə
Bir neçə müxtəlif layihəni (agentlik, çoxlu müştəri saytı) eyni serverdə idarə etmək istəyirsiniz.
Xüsusi Konfiqurasiya
Standart cPanel mühitində mövcud olmayan proqram təminatı və ya konfiqurasiya lazımdır.
Yüksək Trafik
Yüksək trafikli e-ticarət platforması işlədirsiniz, performans sabitliyi vacibdir.
Root Giriş
Tam "root" səviyyəsində nəzarət istəyirsiniz — öz qaydalarınızla server qurmaq.
VPS seçərkən diqqətlə nəzərdən keçirin
CPU nüvə sayı, RAM (yaddaş) və disk sahəsi — saytınızın/tətbiqinizin real ehtiyacına uyğun seçilməlidir. Çox kiçik seçim performans problemi yaradar, həddindən artıq böyük seçim isə lazımsız xərcdir.
Root giriş həm imkan, həm məsuliyyətdir. Serverin təhlükəsizliyi, yenilənmələri və konfiqurasiyası — özünüz idarə etmək istəyirsiniz, yoxsa bu işi bizə həvalə etmək istəyirsiniz (idarə olunan VPS)?
Nə qədər tez-tez yedəkləmə lazımdır, və yedəklərin neçə versiyası saxlanmalıdır?
cPanel/WHM kimi idarəetmə paneli istəyirsiniz, yoxsa sırf terminal/SSH ilə işləyəcəksiniz? Panel əlavə resurs istifadə edir.
Yaxın 1-2 ildə trafik/layihə sayı necə artacaq? Bu, hansı ölçüdən başlamağınıza təsir edir.
VPS paketləri
6 ölçü, 4 nüvədən 18 nüvəyə qədər. Hamısı Avropada (60-80ms), limitsiz trafik (*) və pulsuz SSL daxil olmaqla.
|
VPS 4
13.7 AZN/ay
|
VPS 6
18.7 AZN/ay
|
VPS 8 (ƏN POPULYAR)
34.9 AZN/ay
|
VPS 12
62.3 AZN/ay
|
VPS 16
92.2 AZN/ay
|
VPS 18
122.12 AZN/ay
|
|
|---|---|---|---|---|---|---|
| Yerləşmə | Avropa | Avropa | Avropa | Avropa | Avropa | Avropa |
| CPU (nüvə) | 4 | 6 | 8 | 12 | 16 | 18 |
| RAM | 8 GB | 12 GB | 24 GB | 48 GB | 64 GB | 96 GB |
| Disk (SSD) | 100 GB | 200 GB | 300 GB | 400 GB | 500 GB | 600 GB |
| Port sürəti | 200 Mbit/s | 300 Mbit/s | 600 Mbit/s | 800 Mbit/s | 1000 Mbit/s | 1000 Mbit/s |
| Trafik | Limitsiz (*) | Limitsiz (*) | Limitsiz (*) | Limitsiz (*) | Limitsiz (*) | Limitsiz (*) |
| İllik qiymət | 156.18 AZN | 213.18 AZN | 397.86 AZN | 710.22 AZN | 1051.08 AZN | 1392.17 AZN |
| Bu Planı Seç | Bu Planı Seç | Bu Planı Seç | Bu Planı Seç | Bu Planı Seç | Bu Planı Seç |
(*) Limitsiz trafik ədalətli istifadə siyasətinə tabedir — anormal yüksək istifadə halında sizinlə əlaqə saxlanılır.
Fərdi konfiqurasiya
Yuxarıdakı 6 paketdən heç biri tam uyğun gəlmirsə (məsələn daha çox disk, fərqli CPU/RAM nisbəti, ayrıca IP bloku), bizimlə əlaqə saxlayın — ehtiyacınıza görə fərdi qiymət təklif edək.
VPS ehtiyacınızı izah edin
Sizə uyğun konfiqurasiyanı birlikdə tapaq.
