BƏLƏDÇİLƏR · 09
Domeni Nameserver ilə Qoşmaq
Domeninizi başqa bir qeydiyyat şirkətindən aldınızsa, onu İstihost-dakı hostinqinizə bağlamaq üçün nameserverləri dəyişməlisiniz.
İstihost Nameserverləri
ns1.istihost.netns2.istihost.netns3.istihost.net
Addımlar
1
Domeninizi aldığınız şirkətin panelinə daxil olun
Bu, İstihost deyil, domeni qeydiyyatdan keçirdiyiniz şirkətdir (məsələn Namecheap, GoDaddy, yerli registrar).
2
"Nameservers" və ya "DNS" bölməsini tapın
Adətən domen idarəetmə panelinin əsas səhifəsindədir — "Manage Domain", "DNS Settings" və ya "Nameservers" adlanır.
3
Mövcud nameserverləri əvəz edin
"Custom Nameservers" seçib yuxarıdakı üç ünvanı ("ns1", "ns2", "ns3.istihost.net") daxil edin.
4
Yadda saxlayın və gözləyin
Dəyişiklik adətən bir neçə saat, tam yayılma isə 24-48 saata qədər çəkə bilər.
Diqqət
Nameserver dəyişikliyi zamanı sayt/e-poçt qısa müddət əlçatmaz görünə bilər — bu normaldır, DNS yayılması tamamlananda düzəlir. Aciliyyət varsa, keçid vaxtını bizimlə əvvəlcədən planlaşdıra bilərik.
Domen artıq İstihost-da qeydiyyatdan keçibsə, bu addım lazım deyil — nameserverlər avtomatik düzgün qurulub.
Davamı
Əlaqəli bələdçilər
Nameserver dəyişikliyi ilə bağlı əminsiz?
Bizimlə Əlaqə →
Bunu sizin üçün edək və ya yoxlayaq.
