İstihost
Əlaqə Saxla
YENİLİKLƏR · 21.10.2026

Kritik PHP zəifliyi (PHP2Shell): elan edildiyi gün tədbir görüldü

21 oktyabr 2026-cı ildə PHP proqramlaşdırma dilində iki kritik təhlükəsizlik zəifliyi (CVE-2026-109618 və CVE-2026-109619, "PHP2Shell") elan edildi. Zəifliklər PHP-nin 5.4 və sonrakı versiyalarına aiddir və serverdə uzaqdan kod icrasına imkan verə bilər. PHP əsaslı saytlar (WordPress, Joomla, OpenCart və s.) işlədən bütün hostinq provayderləri bu zəiflikdən təsirlənir.

Elan edildiyi gün bütün PHP versiyalarında qoruyucu tədbir tətbiq olundu və serverlər müdaxilə əlamətlərinə görə yoxlanıldı — şübhəli fəaliyyət aşkarlanmayıb. Saytların işində dəyişiklik yoxdur. Rəsmi düzəliş tədarükçü tərəfindən buraxılan kimi quraşdırılacaq və bu xəbər yenilənəcək.

Müştərilərdən heç bir əməliyyat tələb olunmur. Saytınız köhnə PHP versiyasında (8.1 və daha əvvəlki) işləyirsə, dəstəklənən versiyaya keçid üçün bizimlə əlaqə saxlayın.

← Bütün yeniliklər · Backup Statusu · Niyə İstihost?

Sualınız var?

Bizimlə Əlaqə →

Bir neçə saat ərzində cavab veririk.